Ötən sutka 38 yanğın olub - FHN

12:11 10.09.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən 38 halda yanğına çıxış və köməksiz vəziyyətdə qalma faktı üzrə 4 halda qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

FHN-in mətbuat xidmətindən hafta.az-a bildiriblər ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınlar operativ qaydada söndürülüb, insanların həyatı xilas olunub. Ümumilikdə, ötən sutkada dörd nəfər xilas olunub, Masallı rayonunun Mahmudavar kəndində özünü su quyusuna atmış 1968-ci il təvəllüdlü Qüdrətov İnqilab Eynəli oğlunun cəsədi yanğınsöndürən-xilasediciləri tərəfindən dərinliyi təqribən 13 metr olan quyudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Nazirlik əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.